Bank Of Baku

Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsində fasilə yaranıb

Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsində fasilə yaranıb
# 28 fevral 2011 07:31 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsində fasilə yaranıb.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən yerli sakinlər bildiriblər ki, bu gün səhər saat 09.00 radələrindən Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb olaraq Yevlax-Balakən magistral qaz kəmərinin 131-ci kilometrliyində qaz sızmasının aşkar edilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları adı çəkilən ərazidə qaz sızmasının qarşısını almaq üçün təmir işlərinə başlayıb.

Günün sonuna kimi təmir işlərinin başa çatdırılacağı və rayonlara təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR