Bank Of Baku

Azərbaycanda yanvarda işıq pulunun yığımı artıb

Azərbaycanda yanvarda işıq pulunun yığımı artıb
# 28 fevral 2011 11:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvarında Azərbaycanın bölgələrində 618,7 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay əhali istehlakçı qrupu üzrə istehlak 235 mln. kVt/saat olub ki, bu da ötən illə müqayisədə 29,8 mln. kVt/saat azdır.

Yanvarda enerji puluna görə, ümumi ödəniş 72% olub. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ödəniş səviyyəsi 9 faiz bəndi artıb. Elektrik şəbəkələrinin 6-da enerji puluna görə ödəniş 90%-dən yuxarı olub. Ən yüksək göstərici “Hacıqabul” EŞ-də qeydə alınıb - ötən ayların debitor borcu nəzərə alınmaqla 110,6% olub. Ən aşağı ödəniş səviyyəsi isə “Oğuz” EŞ-də qeydə alınıb - 40,3 %.

Bu ilin yanvar ayında daimi əhali istehlakçı qrupu üzrə ödəniş 80%-ə yaxın olub ki, 2010-cu ilin müvafiq dövründən 560 min manata yaxın və yaxud da 5,2% çoxdur. Bu göstərici üzrə 9 elektrik şəbəkəsində 100% və ondan yuxarı, 16 şəbəkədə isə 90%-dən yuxarı nəticə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR