Bank Of Baku

Azərbaycan fevralda benzin ixracını azaldıb

Azərbaycan fevralda benzin ixracını azaldıb
# 01 mart 2011 14:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracını azaldıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin fevral ayında 1 618 ton avtomobil benzini, 86 415 ton dizel yanacağı, 6 296 ton təyyarə yanacağı, 1 395 ton soba mazutu ixrac edib. Yapnvar ayına nisbətən avtomobil benzininin ixracı 18,4%, dizel yanacağı 30%, aviasiya benzini 36,7% azalıb. Əvəzində, ARDNŞ soba mazutunun ixracını bərpa edib.

Ümumilikdə, 2011-ci ilin yanvar-fevral ayları ərzində 3 601 ton avtomobil benzini, 209 947 ton dizel yanacağı, 16 251 ton təyyarə yanacağı, 1 395 ton soba mazutu ixrac edilib. Keçən ilin ilk iki ayına nisbətən avtomobil benzininin ixracı 5,2 dəfə, dizel yanacağı 23% azalıb, təyyarə yanacağının ixracı isə 8,4% artıb.

Bu ilin fevralında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 905,24 dollar, təyyarə yanacağı 942,84 dollar, dizel yanacağı 868,63 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 572,58 dollar təşkil edib. Bu isə yanvar qiymətlərinə nisbətən 4,2-8,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR