Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti fevralda Novorossiysk və Ceyhandan neft ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti fevralda Novorossiysk və Ceyhandan neft ixracını azaldıb
# 02 mart 2011 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından (Qara dəniz, Rusiya) 129 448 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 234 537 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 1 917 532 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, fevralda Novorossiysk limanından neftin ixracı bu ilin yanvar ayına nisbətən 23%, ötən ilin fevral ayı ilə müqayisədə isə 18,8% azalıb.

Ceyhan limanından yanvar ayına nisbətən 24%, ötən ilin fevral ayına nisbətən isə 23,7% az neft dünya bazarlarına çıxarılıb.

Ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 297 672 ton, Supsa limanından 476 934 ton, Ceyhan limanından isə 3 590 896 ton xam neft ixrac edilib.

Qeyd edək ki, fevral ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 103,76 dollara, Urals nefti – 101,49 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 105,58 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR