Bank Of Baku

ARDNŞ və «McDermott» yeni alyans yaradıb

ARDNŞ və «McDermott» yeni alyans yaradıb
# 02 mart 2011 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «McDermott International» şirkətinin törəmə müəssisəsi olan «McDermott Caspian Contractors» arasında Xəzər regionunda irimiqyaslı borudüzmə və dalğıc xidmətləri üzrə strateji alyansın yaradılması haqqında müqavilə imzalanıb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, alyans Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri, Çıraq, Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində kontrakt işləri həyata keçirəcək.

İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev və «McDermott Caspian Contractors»un prezidenti Con T.MakKormak çıxış ediblər. R.Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən birgə layihələrdə «McDermott» şirkətilə ARDNŞ arasında effektiv əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib, bu müqavilənin imzalanması ilə həmin əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini bildirib.

Con T.MakKormak rəhbərlik etdiyi şirkətin Xəzərdə ARDNŞ ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib, şirkət və onun törəmə müəssisələrinin «McDermott»un 1990-cı illərdən başlayaraq Xəzərdə həyata keçirdikləri əməliyyatların uğurlu alınmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

«McDermott» Xəzər dənizi regionunda 20 il fəaliyyət göstərir. Şirkət layihələrin idarə edilməsində, boru kəmərlərinin və sualtı obyektlərin mühəndis-layihə işlərinin aparılmasında, tikintisində, hazırlanmasında və quraşdırılmasında aparıcı şirkətlərdən biridir. Şirkət texniki konsepsiyadan başlayaraq istismarqabağı sınaq mərhələsinə qədər stasionar və üzən dəniz istehsalat qurğuları, boru kəmərləri və sualtı sistemlər işləyib hazırlayaraq sifarişçilərə təhvil verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR