Bank Of Baku

Ötən il Səngəçal terminalından 44 mln. ton neft ixrac edilib

Ötən il Səngəçal terminalından 44 mln. ton neft ixrac edilib
# 02 mart 2011 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Səngəçal terminalı vasitəsilə dünya bazarlarına 324,4 mln. barel (43,8 mln. ton) neft ixrac edilib. Bu barədə «APA-Economics»ə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihənin operatoru olan «BP Azerbaijan» şirkətindən məlumat verilib.

Məlumata görə, hesabat ilində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 285,65 mln. barel, Qərb İxrac Boru Kəməri marşrutu (Bakı-Supsa kəməri) vasitəsilə 29,6 mln. barel və dəmir yolu vasitəsilə 9,3 mln. barel neft ixrac olunub.

Bundan əlavə, il ərzində terminaldan gündəlik orta hesabla 18,7 mln. kubmetr və ya ildə 6,8 mlrd. kubmetr «Şahdəniz» qazı ixrac edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR