Bank Of Baku

ARDNF-in başçısı MHŞT-nin İdarə Heyətinin iclasında iştirak edib

ARDNF-in başçısı MHŞT-nin İdarə Heyətinin iclasında iştirak edib
# 02 mart 2011 13:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Parisdə Mineral ehtiyatların hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondundan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə Hökumət Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı sirektoru Şahmar Mövsümov iclasda iştirak edib.

Toplantıda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusunun verilməsi qərara alınıb. Daha iki ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR