Bank Of Baku

Bu il «Şahdəniz» yatağında daha bir hasilat quyusu qazılacaq

Bu il «Şahdəniz» yatağında daha bir hasilat quyusu qazılacaq
# 02 mart 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP Azerbaijan» şikrəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində daha bir hasilat quyusu qazacaq.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin fevral ayında platformadan SDA-06 hasilat quyusunu qazma işlərinə başlanılıb. Bundan başqa III rübdə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları da aparılıb: «SDA-06 quyusunda qazma işlərinin 2011-ci ilin II rübündə başa çatması planlaşdırılır. Cari ildə biz həmçinin daha bir hasilat quyusu – SDA-03z-i qazmağı planlaşdırırıq».

Şirkətdən həmçinin bildirilib ki, «Şahdəniz»in tammiqyaslı işlənməsi planlarını dəstəkləmək məqsədilə qiymətləndirmə qazma əməliyyatları davam edib: «Bu əməliyyatların bir hissəsi olaraq hazırda «İstiqlal» qazma qurğusu SDX-06 qiymətləndirmə quyusunu qazır. Bu quyunu 2010-cu ilin iyul ayında qazmağa başlamışıq. Quyunun ümumi dərinliyi plan üzrə 6 272 metr olacaq. SDX-06 quyusu yatağın şimal hissəsində yerləşir. Quyuda qazma işlərinin 2011-ci ilin I rübündə başa çatacağı planlaşdırılır. «İstiqlal» qazma qurğusu sonra yataqda növbəti qiymətləndirmə qazma əməliyyatlarına keçəcək».

Bununla yanaşı, 2010-cu il ərzində «Şahdəniz» üzrə fəaliyyətə 170,4 mln. ABŞ dolları məbləğində əməliyyat xərcləri və 389,6 mln. dollar əsaslı xərclər çəkilib.

Xatırladaq ki, «Şahdəniz» yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), SOCAR (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR