Bank Of Baku

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib
# 02 mart 2011 20:55 (UTC +04:00)
Bakı-APA. 2011-ci il martın 1-də Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilib. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

İclasda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusu verilməsi qərara alınıb. İki yeni ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilib.

Azərbaycan Beynəlxalq İdarə Heyətinə yenidən üzv seçilib. ARDNF İcraçı direktoru Şahmar Mövsümov İdarə Heyətinin alternativ nümayəndəsi seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR