Bank Of Baku

Azərbaycanda yeni neft və qaz emalı müəssisələri inşa olunacaq

Azərbaycanda yeni neft və qaz emalı müəssisələri inşa olunacaq
# 03 mart 2011 08:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan paytaxtı yaxınlığında yeni neft və qaz emalı, həmçinin neft-qaz kimyası müəssisəsinin inşa edilmsəsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, hazırda bu müəssisələrin inşası məqsədilə dövlət başçısının tapşırığı əsasında kompleks proqram hazırlanır.
«Hazırda texniki-iqtisadi əsaslandırmalar hazırlanır. Artıq konsepsiya hazırdır. Bakı şəhəri ətrafında 10 mln. ton emal gücünə malik olan yeni neft emalı zavodu və 10-15 mlrd. kubmetr emal gücü olan qaz emalı zavodu və neft-qaz kimyası müəssisəsi tikiləcək», - deyə ARDNŞ prezidenti bildirib.
R.Abdullayev əlavə edib ki, Dövlət Neft Şirkəti bu layihələrlə bağlı təkliflərini artıq ölkə hökumətinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR