Bank Of Baku

Azərbaycan və Venesuela neft əməliyyatlarını müzakirə edəcək

Azərbaycan və Venesuela neft əməliyyatlarını müzakirə edəcək
# 03 mart 2011 12:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu həftə Minskdə (Belarus) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri venesuelalı həmkarları ilə görüş keçirəcəklər. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

Görüşdə Azərbaycan, Belarus və Venesuela arasında «swap» prinsipi əsasında neftin alqı-satqısı əməliyyatlarının aparılmasıilə bağlı məsələlər müzakirə olunacaq. Xatırladaq ki, müvafiq razılaşmaya əsasən, Belarus Venesualadan neft alır və bu proses «swap» prinsipi əsasında həyata keçirilir. Belə ki, Belarusa neftin nəqli ilə birbaşa Azərbaycan məşğul olur, Azərbaycan isə öz növbəsində Belarusa satılmış neftin həcminə bərabər həcmdə Venesueladan neft alır. ARDNŞ isə öz növbəsində Venesuela neftini ABŞ-a satır.

R.Abdullayevin sözlərinə görə, hazırda bu proses normal gedir və Belarus Azərbaycandan artıq bir neçə partiya «Azeri Light» markalı nefti alıb. Azərbaycan isə öz növbəsində yaxın vaxtlarda Venesueladan «Santa-Barbara» neftini alaraq ABŞ bazarında satmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR