Bank Of Baku

Ötən il Bakı-Ərzurum kəməri ilə bağlı işlərə 10 mln. dollar əsaslı xərclər sərf edilib

Ötən il Bakı-Ərzurum kəməri ilə bağlı işlərə 10 mln. dollar əsaslı xərclər sərf edilib
# 04 mart 2011 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tiflis-Ərzurum) ilə bağlı fəaliyyətə 10 mln. dollar əsaslı xərclər sərf edilib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilə məlumata görə, il ərzində kəmərin orta ötürücülük gücü gündə 14 mln. kubmetr qaz və ya gündə təqribən 87 min barel neft ekvivalenti olub.

Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz» qazını çatdırır.

Kəmərin səhmdarları sırasına BP (texniki operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), «NICO» (10%), «Total» (10%) və TPAO (9%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR