Bank Of Baku

BP şirkətinin menecmenti 2010-cu ildəki fəaliyyətinə görə bonus almayacaq

BP şirkətinin menecmenti 2010-cu ildəki fəaliyyətinə görə bonus almayacaq
# 04 mart 2011 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın BP neft şirkəti ötən il şirkətin Meksika körfəzindəki fəaliyyətinə cavabdeh olan direktorlarına bonus ödəməyəcək.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, onların arasında BP-nin keçmiş prezidenti Toni Heyvord və ötən il oktyabrın 1-dən onu əvəzləyən Robert Dadli də var.

Şirkətin kəşfiyyat və hasilat üzrə icraedici direktoru Endi İnqlis də bonus almayacaq. Amma yüksək vəzifəyə təyinat aldığından, onun illik maaşı 750 min dollardan 1,175 mln. dollara yüksəlib.

Bununla belə, BP-nin 2010-cu il üçün planının yerinə yetirilməsinə nail olan iki direktora bonus veriləcək. Şirkətin neft emalı və satış bölməsinin direktoru İen Konn (170 min dollar) və maliyyə direktoru Bayron Qrout (207 min dollar) mükafatsız qalmayacaq.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platforması ötən il aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır. ABŞ hökuməti Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyəti BP-nin üzərinə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR