Bank Of Baku

Azərbaycan akkumulyator istehsal edəcək

Azərbaycan akkumulyator istehsal edəcək
# 04 mart 2011 08:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç bildirib.

Onun sözlərinə görə, hazırda Serbiyadan Azərbaycana akkumulyatorlar ixrac olunur: «Ümumiyyətlə, biz Azərbaycanda bir neçə investisiya layihəsi həyata keçirmək niyyətindəyik ki, bunlardan biri Azərbaycanda akkumulyator zavodunun inşasını nəzərdə tutur. Müasir texnologiyalar əsasında inşa olunacaq zavodun tikinti işlərinə yaxın vaxtlarda başlanılacaq».

M.Baraç bildirib ki, yeni müəssisənin inşası prosesi 18 ay çəkəcək. Zavodda ilkin olaraq ildə təxminən 1,5 mln. ədəd akkumulyator istehsal olunacaq, daha sonra istehsalın həcmi artırılacaq. Məhsulun Xəzər regionu ölkələrinə də ixracının təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR