Bank Of Baku

Bu il Azərbaycanda neft hasilatının 4% artacağı gözlənilir

Bu il Azərbaycanda neft hasilatının 4% artacağı gözlənilir
# 04 mart 2011 11:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda 53,6 mln. ton neft hasil olunacağı proqnozlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin 2011-ci ildə 45,4 mln. ton, ARDNŞ-in isə 8,2 mln. ton neft hasil edəcəyi gözlənilir. Ötən il ərzində xarici şirkətlər 43 mln. ton, ARDNŞ isə 8,5 mln. ton neft hasil edib. Göründüyü kimi, xarici şirkətlər bu il neft hasilatını 5,6% artıracaq, ARDNŞ isə 3,5% azaldacaq.

Ümumiyyətlə, 2011-ci il üçün nəzərdə tutulmuş proqnoz yerinə yetirilərsə, Azərbaycanda ümumi neft hasilatı 2010-cu ilə nisbətən 4,1% artacaq.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 52 mln. ton proqnoza qarşı 51,5 mln. ton neft hasil olunub.

Xatırladaq ki, 2011-ci ilin yanvar ayında Azərbaycanda 4,1 mln. ton neft hasil edilib, bu da 2010-cu ilin analoji ayına nisbətən 3,8% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR