Bank Of Baku

Bakı Neft Emalı Zavodunda vakuum bölməsi təmir olunur

Bakı Neft Emalı Zavodunda vakuum bölməsi təmir olunur
# 05 mart 2011 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun neftin ilkin emalı üzrə 2 nömrəli istehsal sahəsinin 21 nömrəli qurğusunun (ED–AB-6) vakuum bloku zavodun digər mühüm komplekslərindən olan katalitik krekinq qurğusunda aparılan təmir işləri ilə əlaqədar, qrafikə uyğun olaraq təmirə dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ED–AB-6 qurğusunun əsas bölmələrindən biri olan vakuum bloku qurğunun atmosfer blokunda alınan mazutu emal edərək alınan vakuum qazoylunu qonşu katalitik krekinq qurğusuna xammal kimi ötürür. Bundan başqa, kolonun paketində alınan dizel yanacağı katalitik krekinq qurğusunun 100-cü bölməsinə verilir. Vakuum qalığı qudron kokslaşdırma qurğusuna ötürülür. Bu bölmədə müəyyən miqdarda alınan qaz isə qurğunun S-3 sobasında yanacaq kimi istifadə olunur.

Təmirin başlanmasından keçən müddət ərzində vakuum kolonunun içərisindəki paketlər dəyişdirilib, siritmələr, nasoslar, elektrik mühərrikləri təmir və təftiş olunub. Həmçinin, vakuuməmələgətirici quruluş təftiş edilib, vakuum bloku sxemində istifadə olunan aparatlar təmizlənib. Hazırda vakuum bölməsindəki çatışmazlıq və qüsurların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Təmir işlərindən sonra qurğuda alınan neft məhsullarının keyfiyyət göstəricilərinin daha da yaxşılaşacağı gözlənilir. Təmir işlərində operativliyin təmin olunması üçün lazım olan bütün avadanlıq, ehtiyat hissələri, maşın-mexanizmlər, texnika və iş qüvvəsi ayrılıb və vakuum blokunun təmiri vaxtında və keyfiyyətlə başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR