Bank Of Baku

Rusiya neft hasilatını artırmayacaq

Rusiya neft hasilatını artırmayacaq
# 05 mart 2011 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya dünya bazarında neftin bahalaşmasının qarşısını almaq məqsədilə neft hasilatını artırmayacaq. «APA-Economics»in məlumatına görə, bunu ölkənin energetika naziri Sergey Şmatko Almaniyanın «WirtschaftsWoche» jurnalına verdiyi müsahibəsində bildirib.

S.Şmatko hesab edir ki, qiymətlərin artımı ilk növbədə bazarda neft çatışmazlığı ilə bağlı ehtimallarla əlaqəlidir, lakin bu, yalnız qısamüddətli təəssüratdır. O, neft idxal edən ölkələrə uzunmüddətli kontraktların bağlanmasına keçməyi tövsiyə edir, çünki bu, qiymət dəyişikliklərindən sığortalanmağa imkan verir.

Qeyd edək ki, hazırda WTI markalı neftin 1 barelinin qiyməti 104,42 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 115,97 dollar təşkil edir. Xatırladaq ki, hazırda neft bazarında yaxın bir ayda ixrac olunmaq üçün kontraktlar bağlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR