Bank Of Baku

Yanvarda MDB ölkələri üzrə sənaye istehsalının illik artım tempi 6,9% olub

Yanvarda MDB ölkələri üzrə sənaye istehsalının illik artım tempi 6,9% olub
# 05 mart 2011 16:44 (UTC +04:00)
Bakı – APA. Bu ilin yanvar ayında MDB məkanında ən yüksək sənaye istehsalının artım tempi Ukraynada qeydə alınıb. APA-nın MDB-nin Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında Ukraynada sənaye istehsalı illik müqayisədə 9,7% artıb, dekabr ayına nisbətən isə 14,5% azalıb.

Yanvarda Tacikistanda illik artım 9,2%, aylıq müqayisədə isə sənaye istehsalı 27,6% azalıb.

Sənaye istehsalının illik artım tempinə görə MDB məkanında üçüncü yerdə Rusiya (illik - 6,7% artım, aylıq - 10,6% azalma) qərarlaşıb.

Ən aşağı göstəricilər isə Azərbaycanda (illik – 1,6% azalma, aylıq - 9,8% artım) qeyd alınıb.

Qeyd edək ki, MDB ölkələri üzrə sənaye istehsalının illik artım tempi orta hesabla 6,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR