Bank Of Baku

ABŞ strateji neft ehtiyatlarını açmağa hazırlaşır

ABŞ strateji neft ehtiyatlarını açmağa hazırlaşır
# 07 mart 2011 08:12 (UTC +04:00)
APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, ABŞ hökumətinin nümayəndələri buna səbəb kimi Yaxın Şərq ölkələrində neft hasilatının azalması nəticəsində “qara qızıl”ın qiymətinin artmasını göstəriblər.

ABŞ Prezident Administrasiyasının rəhbəri, “JPMorgan”ın keçmiş icraçı direktoru Uilyam Deyli bildirib ki, hökumət müxtəlif variantları nəzərdən keçirir və onlardan biri də neft ehtiyatları mövzusudur: “Strateji neft ehtiyatlarının açılması müstəsna hallarda baş verir”.

Qeyd edək ki, ötən həftə senator-demokrat Cey Rokfeller Ağ Evə müraciət edərək, strateji neft ehtiyatlarının açılmasını tələb edib və bu tələblə çıxış edən üçüncü senator olub. O, məktubunda qeyd edib ki, həcmi 700 mln. barelə çatan strateji neft ehtiyatlarından məhdud istifadə milli təhlükəsizliyi qoruya və artmaqda olan yanacaq defisitinin qarşısını ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR