Bank Of Baku

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərin həcmi ötən il 3 dəfə azalıb

Bakı-Ceyhan neft kəməri üzrə əsaslı xərclərin həcmi ötən il 3 dəfə azalıb
# 07 mart 2011 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əsaslı xərclərin həcmi 34,3 mln. ABŞ dolları təşkil edib.

«BP Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə BTC üzrə əsaslı xərclərin həcmi 2009-cu ilə nisbətən 2,7 dəfə azalıb.

«Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. Kəmər istifadəyə verilən gündən 2011-ci ilin fevral ayının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 151,2 mln. ton xam neft Ceyhanda 1 447 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Ümumiyyətlə, BTC vasitəsilə 2010-cu il ərzində təqribən 38 mln. ton neft ixrac olunub ki, 2009-cu ilə nisbətən ixrac olunan neftin həcmi dəyişməz qalıb», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR