Bank Of Baku

OPEC neft hasilatını artırmaq niyyətindədir

OPEC neft hasilatını artırmaq niyyətindədir
# 09 mart 2011 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatına (OPEC) üzv olan dövlətlər neft hasilatını artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, neft hasilatının artırılmasının səbəbi Liviyada baş verən hadisələrlə bağlıdır ki, bu hadisələr nəticəsində dünya bazarında neftin çatışmazlığı və tələbatın artması nəticəsində qiymətlərin yüksəlməsi müşahidə olunur. OPEC neft hasilatını artıqmaqla neftin sürətlə bahalaşmasının qarşısını almaq niyyətindədir.

Buna baxmayaraq, Küveytin təbii sərvətlər naziri şeyx Əhməd əl-Abdullah əl-Səbanın sözlərinə görə, hazırda OPEC-in üzv-ölkələri arasında neft hasilatının artırılmasına dair konkret razılıq yoxdur.

Qeyd edək ki, Liviyada baş verən hadisələr nəticəsində dünya gündə 0,850-1 mln. barelədək əskik neft alır.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR