Bank Of Baku

Azərbaycanın yeganə maye qaz satışı şirkəti Milli Depozit Mərkəzi ilə müqavilə bağlayıb

Azərbaycanın yeganə maye qaz satışı şirkəti Milli Depozit Mərkəzi ilə müqavilə bağlayıb
# 10 mart 2011 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Depozit Mərkəzi (MDM) «Məişət Maye Qaz» ASC-yə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsinə başlayıb.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, «Məişət Maye Qaz» ASC-yə sözügedən xidmətlərin göstərilməsinə MDM fevral ayında bağlanmış müqaviləyə əsasən başlayıb.

Qeyd edək ki, «Məişət Maye Qaz» ASC Azərbaycanda maye qazın (propan) təchizatı və satışı ilə məşğul olan ixtisaslaşdırılmış yeganə şirkətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR