Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını 93% artırıb

Azərbaycan Gürcüstana qaz ixracını 93% artırıb
# 10 mart 2011 12:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hasil etdiyi təbii qazdan ölkənin qaz təchizatı sisteminə 845,262 mln. kubmetr «mavi yanacaq» verilib. Ay ərzində yeraltı qaz anbarlarından 527,441 mln. kubmetr «mavi yanacaq» götürülüb. Bununla da fevral ayında 1 372,702 mln. kubmetr qaz istifadə olunub. Bu göstərici 2010-cu ilin fevral ayı ilə müqayisədə 16,1% çox, 2011-ci ilin yanvarı ilə müqayisədə 3% azdır.

Cari ilin fevral ayında sənaye, əhali və «Azərenerji» ASC-nin istifadəsinə 1 022,029 mln. kubmetr təbii qaz verilib, Gürcüstana 147,529 mln. kubmetr, Rusiyaya 170,278 mln. kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün İrana 32,866 mln. kubmetr «mavi yanacaq» ötürülüb. Bu ilin yanvarına nisbətən fevralda Rusiyaya göndərilən qazın həcmi təqribən 10%, İrana - 12,3% azalıb, Gürcüstana verilən qazın həcmi isə 93% artıb.

Bu ilin yanvar-fevral ayları ərzində ARDNŞ-in hasil etdiyi qazdan ölkənin təbii qaz təchizatı sisteminə 1 708,994 mln. kubmetr «mavi yanacaq» verilib. Bundan başqa, yeraltı qaz anbarlarından 1 078,245 mln. kubmetr «mavi yanacaq» götürülüb. Bununla da yanvar-fevral ayları ərzində 2 787,239 mln. kubmetr qaz istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur. Göstərilən həcmdən sənaye, əhali və «Azərenerji»nin istifadəsinə 2 133,633 mln. kubmetr təbii qaz verilib, Gürcüstana 224,016 mln. kubmetr, Rusiyaya 359,240 mln. kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün İrana 70,350 mln. kubmetr «mavi yanacaq» ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR