Bank Of Baku

«Şahdağ» Elektrik Stansiyasında istehsal artıb

«Şahdağ» Elektrik Stansiyasında istehsal artıb
# 10 mart 2011 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın şimal bölgəsinin sosial-iqtasadi inkişafında mühüm rol oynayan, o cümlədən, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin elektrik enerjisi ilə təmin edəcək «Şahdağ» Elektrik Stansiyasında bu ilin fevral ayında 25,5 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu, proqnozlaşdırılan göstəricidən 50,7 min kVt/saata yaxın çoxdur. İlin əvvəlindən isə stansiyada 51 mln. kVt/saat proqnoza qarşı 52,2 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-dən bildirilib ki, stansiyanın elektrik avadanlıqlarına da texniki baxış keçirilərək müxtəlif təmir işləri aparılıb. Hazırda stansiyadakı aqreqatlar dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Xatırladaq ki, ümumi gücü 105 MVt olan «Şahdağ» Elektrik Stansiyasında hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqat mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR