Bank Of Baku

Azərbaycanın istilik sistemi yenidən qurulacaq

Azərbaycanın istilik sistemi yenidən qurulacaq
# 10 mart 2011 14:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Sənaye və Energetika Nazirliyində (SEN) “Azərbaycan Respublikasında istilik təchizatı sistemlərinin müasir tələblər əsasında səmərəli inkişafına dair Kompleks Tədbirlər Planı”nın hazırlanmasına dair geniş müşavirə keçirilib.

SEN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Sənaye və Energetika, İqtisadi İnkişaf, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Milli Elmlər Akademiyası, «Azəristiliktəchizat» ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti, «Azərenerji» ASC, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinin mütəxəssislərinin qatıldığı müşavirədə Azərbaycanın istilik təchizatı sisteminin yenidən qurulması müzakirə edilib.

Söhbət ölkənin istilik sisteminin müasir tələblər əsasında praktiki olaraq yenidən qurulmasından gedir. Bu işlərin görülməsi üçün ayrıca Dövlət Proqramının hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. İclas da məhz bu sənədin hazırlanması üçün hazırlıq xarakteri daşıyır: «Proqrama əsasən Azərbaycanın istilik təchizatı sisteminin «sıfır» variantından ən müasir texniki avadanlıqlar və texnologiyalar əsasında təzələnməsi nəzərdə tutulur». Bu proqram çərçivəsində ölkədə müasir qazanxanaların inşası, modul tipli istilik sistemlərinin yaradılması, bütün istilik kommunikasiya xətlərinin dəyişdirilməsi planlaşdırılır: «Nəticədə yaxın 2-3 il ərzində ölkənin istilik sistemi yüksək standartlara cavab verəcək səviyyəyə qaldırılmalıdır». Nazirlikdə bildirirlər ki, bu tədbirlər ölkədə enerjiyə tələbatın, o cümlədən qaz istehlakının aşağı düşməsinə səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR