Bank Of Baku

Erik Berqlof: «Orta perspektivdə neftin qiymətinin artması gözlənilir»

Erik Berqlof: «Orta perspektivdə neftin qiymətinin artması gözlənilir»
# 10 mart 2011 14:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş iqtisadçısı Erik Berqlof (Erik Berglof) bildirib.

Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiymətinin kəskin artması Şimali Afrika regionunda müşahidə olunan siyasi proseslərlə bağlıdır: «Lakin orta perspektivdə neftin qiymətinin artması gözlənilir. Bunun nəticəsində Azərbaycanın büdcə gəlirləri bir qədər də artacaq».

Qeyd edək ki, 2011-ci ilin aprel ayında Azərbaycanda cari ilin dövlət büdcəsinə yenidən baxılacağı gözlənilir. Hazırda dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 60 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib ki, dünya bazarında Azərbaycan neftinin qiyməti isə martın 9-da 118,65 dollar/barel təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR