Bank Of Baku

Rusiya neft ixracını kəskin azaldıb

Rusiya neft ixracını kəskin azaldıb
# 11 mart 2011 09:58 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin yanvar ayında Rusiya neft ixracını kəskin azaldıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya Federal Gömrük Xidmətinin açıqladığı statistik məlumatlar belə deməyə əsas verir.

MDB ölkələrinə Rusiya neftinin ixracı 63% azalaraq 490 min ton olub. Uzaq xaricə karbohidrogen ehtiyatlarının ixracı da 10,8% azalaraq 15,457 mln. tona enib.

Hesabat dövründə Rusiya Belarusa neft ixrac etməyib. Qeyri-rəsmi məlumatlara görə, tərəflər neftin qiyməti məsələsində razılığa gələ bilməyib. Bu səbəbdən bu il yanvarın 1-dən Rusiyadan Belarusa karbohidrogen ehtiyatlarının ixracı dayandırılıb.

Ümumilikdə 2011-ci ilin ilk ayında Rusiya xaricə 10,522 mlrd. dollar dəyərində 15,947 mln. ton neft ixrac edib.

Qeyd edək ki, neft Rusiyanın ixracatında əhəmiyyətli paya malikdir. Ötən il ölkənin uzaq xaricə ümumi ixracatının 52%-ni neft təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR