Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Albaniya baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Albaniya baş nazirinin müavini ilə görüşüb
# 11 mart 2011 11:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Albaniyanın baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonu qəbul edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanla Albaniya arasında neft və qaz sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu deyən E.Hacinaston Azərbaycan Dövlət Neft Şirkəti ilə Albaniya şirkətləri arasında əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə Xəzər hövzəsində hasil olunan təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin perspektivlərinə də toxunulub.

Albaniya baş nazirinin müavini ölkəsində bu layihəyə mühüm əhəmiyyət verildiyini qeyd edib və istehsalçı və tranzit ölkələr və şirkətlərlə aparılan məsləhətləşmələr haqda məlumat verib. ARDNŞ prezidenti R.Abdullayev Azərbaycanın «Cənub Enerji Dəhlizi» layihəsini dəstəklədiyini xatırladaraq bu çərçivədə TAP layihəsinin də diqqətlə araşdırıldığını qeyd edib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR