Bank Of Baku

Liviyada neft hasilatı faktiki olaraq dayanıb

Liviyada neft hasilatı faktiki olaraq dayanıb
# 11 mart 2011 15:02 (UTC +04:00)
Bakı - APA-Economics. Liviyada neft hasilatı sutkada 200-300 min barelə qədər azalıb. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə Fransanın “Total” neft-qaz şirkətinin rəhbəri Kristof de Marjeri açıqlama verib.

Ölkədə vətəndaş müharibəsi ilə nəticələnən inqilab başlayana qədər Liviya sutkada 1,69 mln. barel neft istehsal edib. Bu isə o deməkdir ki, Liviyada neft istehsalının həcmi qısa müddətdə 6-8,5 dəfə azalıb.

Vətəndaş müharibəsinə başlayana qədər Liviya dünyanın neftə olan tələbatının 2%-ni ödəyib. Kütləvi iğtişaşlar başlayandan sonra əcnəbi neft şirkətləri öz işçilərini bu ölkədən çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR