Bank Of Baku

Abşeron rayonunun Qobustan qəsəbəsinə təbii qaz verilib

Abşeron rayonunun Qobustan qəsəbəsinə təbii qaz verilib
# 11 mart 2011 15:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ARDNŞ-ın “Azəriqaz” İB tərəfindən Abşeron rayonunun Qobustan qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə keçirilən təntənəli mərasimdə “Azəriqaz” İB və Abşeron rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, rayon ərazisində həyata keçirilən birpilləli qaz xətlərinin çəkilişi proqramına uyğun olaraq “Pirəkəşkül” Qazpaylayıcı Stansiyasından 250 mm-lik polietilen borularla 9 600 metr uzunluğunda daşıyıcı qaz kəməri çəkilib.

Bundan əlavə, Abşeron rayonunda təbii qaz alan bütün mənzillər “smart-kart” tipli sayğaclarla təchiz edilib, məhəllədaxili polietilen qaz xətləri çəkilib. Burada həmçinin müxtəlif diametrli 18 500 metr uzunluğunda qəsəbədaxili və məhəllədaxili qaz xətləri çəkilib, 275 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, 123 fərdi ev qazla təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR