Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 4% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 4% artırıb
# 21 iyun 2011 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, neft məhsullarının istehsalı 4,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 488 min ton və ya ötən ilin eyni dövrünə nisbətən 1,4% az avtomobil benzini, 249,5 min ton ağ neft (-0,8%), 1 010,6 min ton dizel yanacağı (-1%), 35,1 min ton sürtgü yağları (+29%), 88,9 min ton neft bitumu (+24,3%), neft-kimya sənayesində istifadə üçün 106,1 min ton benzin (+7%) istehsal olunub.

«Neft emalı müəssisələrinin anbarlarında 50 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 16,9%-i qədər hazır məhsul olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2011-ci il iyunun 1-i vəziyyətinə əsas istehlakçılarda 258,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,4% az mazut yanacağı, 18,8 min ton və ya 14,6% çox avtomobil benzini, 16,8 min ton və ya 23,5% çox dizel yanacağı, 2,5 min ton və ya 66,7% çox maye qaz, 2 min ton və ya 25% çox sürtgü yağları, 7,5 min ton və ya 36,4% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR