Bank Of Baku

Abşeron, Binəqədi və Siyəzən rayonlarının qaz təchizatında fasilələr olacaq

Abşeron, Binəqədi və Siyəzən rayonlarının qaz təchizatında fasilələr olacaq
# 22 iyun 2011 07:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Cari təmir işləri ilə əlaqədar olaraq bu gün iyunun 22-də saat 10:00-dan 500 mm-lik “Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Müşfiqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR