Bank Of Baku

Rusiya və Belarus “enerji müharibəsi”ni təxirə salıb

Rusiya və Belarus “enerji müharibəsi”ni təxirə salıb
# 22 iyun 2011 09:35 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “İnter RAO” şirkəti bu gündən etibarən Belarusun elektrik enerjisi ilə təminatının kəsiləcəyi barədə vədini yerinə yetirməyib. “APA-Economics”in xəbərinə görə, şirkət Belarus tərəfinə möhlət vermək qərarına gəlib.

“Belenerqo”nun bu ilin yanvar-mart aylarında verilən elektrik enerjisinə görə “İnter RAO” şirkətinə olan borcu təxminən 500 mlrd. rubl (17 mlrd. dollar) təşkil edib. İyunun 9-dan etibarən “İnter RAO” Belarusa verilən elektrik enerjisinin həcmini iki dəfə azaldaraq, 400-500 MVt-dan 200-300 MVT-a endirib.

Moskvada keçirilən danışıqlar nəticəsində əldə olunmuş razılığa əsasən, Belarus tərəfi iyulun 5-dək bütün borcunu ödəyib qurtarmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR