Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb
# 22 iyun 2011 13:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2011-ci il iyunun 1-nə müsbət 30% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks mayın 1-nə müsbət 0,1%, aprelin 1-nə müsbət 6,2%, martın 1-nə mənfi 4,1%, fevralın 1-nə müsbət 9,2%, yanvarın 1-nə isə mənfi 4,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

İndeksin müsbət rəqəmlə ifadə olunması anbarlarda mal ehtiyatlarının artmasından xəbər verir. Bu isə istehsalın artması və ya istehlakın azalması ilə izah oluna bilər. Qeyd edək ki, may ayında istehsalın həcmi 2,636 mlrd. manat təşkil edərək, əvvəlki ayla müqayisədə 15% artıb. Mütləq göstəricidə isə üstələmə 343,7 mln. manata bərabər olub və bu, anbarlarda məhsul ehtiyatlarının aylıq artımından 4,9 dəfə çoxdur. Beləliklə, bu faktın əsas səbəbi kimi istehsalın artmasını qəbul etmək olar.

Qeyd edək ki, Azərbaycanda 2011-ci il iyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 296,5 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da mayın 1-nə nisbətən 70,1 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR