Bank Of Baku

Azərbaycanda səmt qazının yandırılmasına nəzarət üzrə işçi qrup yaradılıb

Azərbaycanda səmt qazının yandırılmasına nəzarət üzrə işçi qrup yaradılıb
# 22 iyun 2011 15:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyunun 21-də Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və “Şahdəniz” yatağında məşəldə yandırılan səmt qazının idarə edilməsinə həsr olunmuş görüş keçirilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə həmin kontrakt sahələrində səmt qazının yandırılmasının azaldılması və utilizasiyası imkanları geniş şəkildə müzakirə olunmuş, bu işlərin idarə olunması məqsədilə işçi qrup yaradılıb və onun fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

İşçi qrupun fəaliyyətinin səmərəliliyini təmin etmək üçün ayda bir dəfədən az olmayaraq toplanması qərara alınıb. Tədbirdə ARDNŞ-ni ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin rəhbərliyi altında şirkətin ekologiya, neft-qaz hasilatı və nəqli sahələri üzrə aparıcı mütəxəssisləri təmsil ediblər.

Görüşdə BP-Azərbaycan şirkətinin qaz üzrə meneceri Namiq Abbasov, Dünya Bankı “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının proqram meneceri Bent Svenson və həmin qurumların müvafiq sahələr üzrə mütəxəssisləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR