Bank Of Baku

Neft-mədən əraziləri lay suları və digər tullantılardan təmizlənir

Neft-mədən əraziləri lay suları və digər tullantılardan təmizlənir
# 22 iyun 2011 15:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 21-də ARDNŞ-nin Baş Ofisinin Ekoloji layihələrin idarəedilməsi şöbəsinin əməkdaşları “Azneft” İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədəni ərazisində və “Suraxanı” Əməliyyat Şirkətinin neft yataqlarında ətraf mühitin bərpası üzrə görülən işlərin icrasını yoxlamaq məqsədilə əraziyə növbəti baxış keçiriblər.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq “ARDNŞ-nin, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin neft-mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına aid təxirəsalınmaz tədbirlər”in yerinə yetirilməsi işlərinə nəzarət məqsədilə aparılıb. Monitorinq zamanı məlumat verilib ki, hər iki yataqda mövcud gərgin ekoloji vəziyyəti aradan qaldırmaq üçün təsdiq olunmuş qrafik əsasında kompleks bərpa işlərinin həyata keçirilməsi davam etdirilir.

Hazırda monitorinq ərazisində süni gölməçələrin qurudulması, neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi, ləğv olunmuş quyuların beton bünövrələrinin dağıdılması, istifadə olunmayan neft tutucularının, neft çənlərinin, boru xətlərinin, hava elektrik ötürücü xətlərinin və s. neft-mədən avadanlıqlarının sökülüb ərazilərdən çıxarılması, mancanaq dəzgahlarının rənglənməsi işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR