Bank Of Baku

Dünya ölkələri neft ehtiyatlarından istifadə etməyə başlayıb

Dünya ölkələri neft ehtiyatlarından istifadə etməyə başlayıb
# 24 iyun 2011 10:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Beynəlxalq Enerji Agentliyi (BEA) Liviyadan neft nəqlinin azalmasını kompensasiya etmək üçün strateji ehtiyatlarından istifadə etməyi qərara alıb. “APA-Economics”in xəbərinə görə, təşkilatın yaydığı rəsmi açıqlamada bu məqsədlə ehtiyatlardan 60 mln. barel ayrılacağı bildirilir.

Qeyd edək ki, 1974-cü ildə yaradılmış BEA strateji ehtiyatlarından indiyədək iki dəfə istifadə edib. İlk dəfə bu, 1991-ci ildə I Körfəz müharibəsi zamanı, ikinci dəfə isə 2005-ci ildə «Katrina» qasırğası zamanı Meksika körfəzindəki platformaların əksəriyyətində hasilat dayananda baş verib.

Yeri gəlmişkən, BEA ilə yanaşı, Yaponiya da strateji neft ehtiyatlarından istifadə etməyi qərara alıb. Bu ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Banri Kaieda bildirib ki, Yaponiya hökuməti BEA-nın tövsiyələrini nəzərə alaraq öz strateji ehtiyatlarının 8 milyon barelini satışa çıxarır. Ümumilikdə Yaponiya hökuməti 70 günlük neft ehtiyatına malikdir. Bundan 3 günlük ehtiyat bir ay ərzində satılacaq. Nazir bildirib ki, belə tədbirlər gələcəkdə də davam edə bilər.

Qeyd edək ki, Yaponiya hökuməti bundan əvvəl strateji neft ehtiyatlarından mart ayında - zəlzələ və sunami fəlakətindən sonra istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR