Bank Of Baku

AMEA ilə “Azərenerji” arasında memorandum imzalanacaq

AMEA ilə “Azərenerji” arasında memorandum imzalanacaq
# 24 iyun 2011 14:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Azərenerji” ASC arasında memorandum imzalanacaq. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.

Onun sözlərinə görə, sənədin imzalanması yaxın vaxtlarda baş tutacaq: “Azərenerji” akademiyanın energetika sahəsi üzrə tədqiqatlarını maliyyələşdirəcək. Energetika və alternativ energetika sahəsində alimlərimizin əhəmiyyətli layihələri var. Biz öz layihələrimizi “Azərenerji”yə təqdim edəcəyik. Onlar bu layihələrin ən maraqlılarını seçib maliyyələşdirilməsinə başlayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR