Bank Of Baku

İtaliyanın tanınmış iş adamı, “İnter” futbol klubunun prezidenti Massimo Moratti Azərbaycana gəlib

İtaliyanın tanınmış iş adamı, “İnter” futbol klubunun prezidenti Massimo Moratti Azərbaycana gəlib
# 25 iyun 2011 09:35 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev son illər Azərbaycanda gedən sürətli sosial-iqtisadi yüksəlişdən danışıb, bu inkişafın hərəkətverici qüvvələrindən olan neft-qaz sənayesində əldə olunan nailiyyətlərə toxunub. O, «SOCAR Trayding»in «Saras» şirkəti ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu yüksək qiymətləndirib.

R.Abdullayev «Saras»la SOCAR arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıldığını qeyd edərək, bu əməkdaşlığın qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminliyini bildirib.

ARDNŞ-ı ilbəil inkişaf edən beynəlxalq səviyyəli bir şirkət kimi yaxşı tanıdıqlarını deyən qonaq əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını ifadə edib. Sonra tərəflər arasında neft işi və futbol ilə əlaqədar qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR