Bank Of Baku

Dövlət Gömrük Komitəsi Naxçıvana yanacaq daşınmasının artmasının səbəblərini araşdırır

Dövlət Gömrük Komitəsi Naxçıvana yanacaq daşınmasının artmasının səbəblərini araşdırır
# 28 iyun 2011 11:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dövlət Gömrük Komitəsi (DGK) Bakıdan Naxçıvana avtomobillərlə dizel və başqa yanacaq daşınması məsələlərini araşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə komitənin sədri Aydın Əliyev bildirib.

Bakıdan Naxçıvana gedən avtomobillərdə dizel yanacağı daşıyan sürücülərin problemlə üzləşməsi barədə suala cavab verən komitə sədri bildirib ki, Naxçıvana dizel yanacağının və digər yanacaqların müəyyən kvotası ayrılır və Naxçıvana yanacaq daşınması da həmin kvota çərçivəsində həyata keçirilməlidir: «Əgər kvotadan dəfələrlə artıq yanacaq aparılmırsa və orda buna tələbat yoxdursa, o, hara istifadə olunur?».

Komitə sədrinin sözlərinə görə, indi bu məsələlər araşdırılır: “Biz bu məsələləri qaydaya salmaq istəyirik”.

DGK sədri İranla gömrük məntəqələrində növbələrin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, belə böyük növbə və əhalinin sıxlığı yalnız bayramlar ərəfəsində baş verir.

A.Əliyev ölkəyə xaricdə nəşr olunmuş kitabların gətirilməsində də problemin olmadığını bildirib. Belə ki, bu məsələdə söhbət sadəcə mənəviyyatdan və terrorizmdən gedir: “Yalnız bu kitablar ekspertizadan keçirilir. Ölkəyə idxal olunan bütün dini kitablar mütləq ekspertizaya təqdim olunur və yalnız bundan sonra onların ölkəyə idxalına icazə verilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR