Bank Of Baku

ARDNŞ rəhbərliyi Neft Daşlarında müşavirə keçirib

ARDNŞ rəhbərliyi Neft Daşlarında müşavirə keçirib
# 28 iyun 2011 14:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 27-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarında aparılan işlərlə tanış olublar. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bildirilib ki, gəmilərin sərbəst şəkildə əraziyə yan alması və işləmələri üçün köhnə estakadalar sökülüb və istismar olunan neft-qaz xətlərinin yeri dəyişdirilərək suyun altı ilə çəkilib.

Bundan başqa, burada quraşdırılan separatorlar sayəsində tələb olunan əlavə qazın “Günəşli” yatağından nəql edilməsi məsələsi öz həllini tapıb. Hazırda Neft Daşlarında lay sularının təmizlənməsi üçün xüsusi qurğu inşa olunur. “FL Smidth” şirkətinin istehsalı olan bu qurğu sutkada 3 550 kubmetr lay suyunun neftdən və qumdan utilizasiya quyularına vuracaq. ARDNŞ rəhbərliyi Neft Daşlarındakı doqquz mərtəbəli 156 otaqdan ibarət yataqxana binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.

Burda keçirilən istehsalat müşavirəsində Neft Daşlarındakı vəziyyət və görülən işlər müzakirə edilib. Müşavirədə “Neft Daşları” NQÇİ-nin rəisi Sərxan Babaşov neft-qaz hasilatının sabit saxlanıldığını bildirib. Müşavirədə bildirilib ki, NQÇİ-nin avtomobil parkının yenilənməsi, kran gəmiləri ilə təchizatı, ekoloji məsələlərin həlli məqsədi ilə görülən işlər nəticəsini verib. Neft Daşlarının sosial problemlərinin əksər qisminin həll olunduğu, “Əks-osmos” qurğusunun normal fəaliyyət göstərdiyi, ilin sonunadək 12 quyunun qazılmasına imkan verəcək yeni özülün tikilib istismara buraxılacağı qeyd edilib. ARDNŞ prezidenti Rövnəq Abdullayev tikintisi davam etdirilən Qaz Turbin Elektrik Stansiyasında işlərin sürətləndirilməsi, “28 May” NQÇİ üçün yeni Sıxıcı Kompressor Stansiyasının, “Neft Daşları” NQÇİ üçün isə yeni kompressor stansiyasının inşa olunması, hasilatın artırılması haqda göstərişlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR