Bank Of Baku

Azərbaycanda elektrik enerjisi üzrə istehlak ödənişləri 7% artıb

Azərbaycanda elektrik enerjisi üzrə istehlak ödənişləri 7% artıb
# 28 iyun 2011 15:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarıında «Azərenerji» ASC üzrə istehlak edilmiş elektrik enerjisinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 118,9 min kVt/saat artaraq 2,827 mlrd. kVt/saata çatıb. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ümumi ödəniş 81%-dən artıq olub, o cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1 018,2 mln. kVt/saata yaxın olub.

Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% mütləq artaraq 83%-dən artıq olub. «May ayında isə «Azərenerji» ASC üzrə 493,7 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni may ayına nisbətən 15,9 mln. kVt/saata yaxın və ya 3,3% çoxdur. Ümumi ödəniş 95%-ə yaxın olub ki, bu da ötən ilin eyni dövründəki ödənişdən 14,7% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 157,6 mln. kVt/saata yaxın olub, bu da ötən ilin analoji ayına nisbətən 7% azdır. Ödəniş isə 94%-əə yaxın olub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 9,4% çoxdur», - deyə ASC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR