Bank Of Baku

“Azəriqaz”da islahatlar aparılacaq

“Azəriqaz”da islahatlar aparılacaq
# 29 iyun 2011 09:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qarşıdakı 5 ildə ölkə əhalisinin enerci və yanacaqla təminatının yaxşılaşdırılması üçün bəzi yeniliklərin tətbiqi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulur.

Plana əsasən respublikanın dağ rayonlarının qəsəbə və kəndlərində maye qazın və kerosinin (ağ neftin) satışı təşkil olunacaq. Bundan başqa, şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə «Azəriqaz» İB-də islahatlar aparılacaq.

Plana əsasən, energetika sektorunda özəl sektorun iştirakının artırılması və bunun sayəsində bu sahəyə rəqabət mühitinin yaradılması da nəzərdə tutulur. Eləcə də 2015-ci ilədək əhalinin elektrik sayğacı ilə təmin olunması başa çatdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR