Bank Of Baku

Belarus baş nazirinin müavini: “Elektrik verilişinə görə Rusiyaya yaranmış borcu ödəyəcəyik”

Belarus baş nazirinin müavini: “Elektrik verilişinə görə Rusiyaya yaranmış borcu ödəyəcəyik”
# 29 iyun 2011 12:16 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gecə saat 00:00-dan etibarən Rusiya Belarusa elektrik enerjisi nəqlini dayandırıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “İnter RAO” açıqlama yayıb.

Şirkət elektrik verilişinə görə yaranmış borcun bir hissəsi ödənilməyincə, Belarusa elektrik enerjisi verilməyəcəyini bəyan edib.

Öz növbəsində Belarus baş nazirinin müavini Nikolay Snopkov elektrik verilişinə görə Rusiyaya yaranmış borcun ödəniləcəyini bildirib: “Özünə hörmət edən hər bir şəxs və dövlət borcunu ödəməlidir”. Bununla belə, hökumət rəsmisi borcun nə vaxt ödəniləcəyini açıqlamayıb.

Belarus Energetika Nazirliyinin mətbuat katibi Lyudmila Zenkoviç də Rusiyaya olan borcu ödəmək üçün imkanlar axtarıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR