Bank Of Baku

Qubanın iki kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Qubanın iki kəndinə ilk dəfə olaraq təbii qaz verilib
# 29 iyun 2011 14:40 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Qubanın Qımıl-qazma və Küsnət-qazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

APA-nın şimal bürosunun məlumatına görə, qaz çəkilişi zamanı 36 km-lik polietilen kəmərlərdən istifadə olunub.

Hər iki kənddə ümumilikdə 200 abonentin mənzilində elester tipli sayğac quraşdırılıb. Hazırda digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov APA-ya açıqlamasında bildirib ki, ilin sonunadək Qubanın daha 10 kəndi mavi yanacaqla təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR