Bank Of Baku

Belarus borcunun bir hissəsini ödəsə də, Rusiya elektrik verilişini bərpa etməyib

Belarus borcunun bir hissəsini ödəsə də, Rusiya elektrik verilişini bərpa etməyib
# 30 iyun 2011 09:14 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus elektrik enerjisinə görə Rusiyaya yaranmış borcunun ikinci hissəsini ödəyib.

APA-Economics”in xəbərinə görə, 600 mln. rubl (21 mln. dollar) həcmində ikinci tranş Rusiyanın “İnter RAO” şirkətinin hesabına köçürülüb.

Lakin iyunun 29-da Belarusa elektrik verilişini tam dayandıran şirkət bu gün onu bərpa edə bilməyib. “İnter RAO” bunu texniki səbəblərlə əlaqələndirib.

Qeyd edək ki, Belarusun elektrik enerjisinə görə Rusiyaya yaranmış borcunun ümumi həcmi 1,5 mlrd. rubl (54 mln. dollar) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR