Bank Of Baku

Rusiya və Belarus arasındakı “enerji müharibəsi”nin qurbanı energetika naziri olub

Rusiya və Belarus arasındakı “enerji müharibəsi”nin qurbanı energetika naziri olub
# 30 iyun 2011 12:41 (UTC +04:00)
Bakı - APA-Economics. Belarusun baş naziri Mixail Myasnikoviç elektrik verilişinə görə Rusiyaya ödənilməli olan vəsaitlə bağlı problemlərə görə energetika naziri Aleksandr Ozeretsi cəzalandıracaq.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Belarus baş nazirinin müavini Vladimir Semaşko açıqlama verib.

Onun sözlərinə görə, baş nazir energetika nazirinin məsuliyyətə cəlb olunması haqda qərar qəbul edib: “Rusiyaya ödəniləcək vəsaitimiz olsa da, energetika nazirinin zirəklik nümayiş etdirməməsi səbəbindən ödənişlə əlaqədar problemlər yaranıb”.

V.Semaşko Belarusa elektrik verilişinin dayandırılan Rusiyanın “İnter RAO” şirkətini günahkar saymadıqlarını bildirib: “Günahkar bizik, Energetika Nazirliyinin rəhbərliyidir. Biz Rusiyadan elektrik enerjisi idxal etməkdə davam edəcəyik”.

Qeyd edək ki, Belarusun elektrik enerjisinə görə Rusiyaya yaranmış borcunun ümumi həcmi 1,5 mlrd. rubl (54 mln. dollar) təşkil edir. Rusiyanın "İnter RAO EES" şirkəti Belarusun aldığı elektrik enerjisinə görə olan borclarını ödəmədiyini əsas gətirərək iyunun 29-u saat 00:00-dan etibarən bu ölkəyə enerji ixracını tamamilə dayandırıb. Belarus bu gecə elektrik enerjisinə görə Rusiyaya yaranmış borcunun ikinci hissəsini - 600 mln. rubl (21 mln. dollar) həcmində ikinci tranşı ödəyib. Lakin “İnter RAO” şirkəti texniki səbəblərdən bu gün elektrik verilişini bərpa edə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR