Bank Of Baku

Son 5 ildə Azərbaycan neft nəqlini 2,5 dəfə, qaz nəqlini isə 2,3 dəfə artırıb

Son 5 ildə Azərbaycan neft nəqlini 2,5 dəfə, qaz nəqlini isə 2,3 dəfə artırıb
# 30 iyun 2011 13:47 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2006-cı ildə Azərbaycanda magistral neft kəmərləri ilə 19,947 mln. ton neft nəql edilmişdisə, 2010-cu ildə bu göstərici 2,5 dəfə artaraq 49,982 mln. tona çatıb.

Hesabat dövründə ən yüksək göstərici isə 2009-cu ildə qeydə alınıb. Belə ki, 2009-cu ildə ölkənin neft kəmərləri ilə 50,480 mln. ton neft nəql olunub. Nəqletmənin əsas hissəsi Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Ümumiyyətlə, BTC istismara verildiyi vaxtdan (2006-cı ilin iyul ayında) bu kəmər vasitəsilə 145 mln. tondan artıq neft ixrac olunub.

Magistral qaz kəmərlərinə gəldikdə isə, son 5 il ərzində Azərbaycan 50,336 mln. ton mavi yanacaq nəql edib. Əgər 2006-cı ildə qaz kəmərləri ilə 7,479 mln. ton qaz nəql edilmişdirsə, 2010-cu ildə bu göstərici 67% artaraq 11,635 mln. tona çatıb.

Ümumiyyətlə, son 5 il ərzində Azərbaycanda boru kəmərləri vasitəsilə nəqletmənin həcmi 225,127 mln. ton təşkil edib və 2010-cu ildə 2006-cı ilə nisbətən boru kəmərləri ilə nəqletmənin həcmi 2,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR