Bank Of Baku

Son 20 il ərzində Azərbaycan qaz hasilatını 3 dəfə artırıb

Son 20 il ərzində Azərbaycan qaz hasilatını 3 dəfə artırıb
# 30 iyun 2011 14:42 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 1991-ci ildə ölkədə 8,621 mlrd. kubmetr qaz istehsal olunubsa, 2010-cu ildə bu göstərici 3,1 dəfə artaraq 26,312 mlrd. kubmetrə çatıb.

Qeyd edək ki, 2011-ci ildə ölkədə qaz hasilatı 28,3 mlrd. kubmetr, 2012-ci ildə 29,8 mlrd. kubmetr, 2013-cü ildə 31,1 mlrd. kubmetr, 2014-cü ildə 32,2 mlrd. kubmetr, 2015-ci ildə isə 33 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, proqnozlara əsasən, artıq 2020-ci ildən sonra Azərbaycanda illik qaz hasilatı 50-60 mlrd. kubmetr təşkil edəcək. «Şahdəniz» layihəsinin II fazasının işlənməsindən sonra isə (2017-ci il) illik qaz hasilatı həcminin 40 mlrd. kubmetr səviyyəsinə çatması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR