Bank Of Baku

ARDNŞ-ın vitse-prezidenti ekoloji layihələrin icrası ilə bağlı əraziyə baxış keçirib

ARDNŞ-ın vitse-prezidenti ekoloji layihələrin icrası ilə bağlı əraziyə baxış keçirib
# 02 iyul 2011 08:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə «SOCAR-Baghlan» QSC tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağının Şağan sahəsində həyata keçirilən ekoloji layihənin icrası ilə bağlı əraziyə baxış keçirib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, baxış zamanı «SOCAR-Bağlhan» QSC-yə verilmiş iş sahəsi 69 hektar və bu ərazinin 38,6 hektarını neft gölməçələri əhatə olunduğu bildirib.
«SOCAR-Bağlan» QSC-nin Baş direktoru Con Vilyam Hoc layihənin əsas məqsədi haqqında ətraflı məlumat verərək, qeyd edib ki, burada tikiləcək zavod Buzovna ərazisində yerləşən neftlə çirklənmiş torpaqları karbohidrogenlərdən, lay sularını təkrar utilizasiya həddinə qədər bərk maddələrdən və neftdən təmizləməyə imkan verəcəkdir. «Bunun nəticəsində, torpaqlar bioloji cəhətdən yararlı vəziyyətə gətiriləcək, mədən ərazisində ekoloji vəziyyətin yaxşılaşmasına nail olunacaq. Ərazidə təxminən 1 milyon kubmetr neftlə çirklənmiş torpağın təmizlənməsi nəzərdə tutulub», - deyə C.V.Hoc bildirib.
ARDNŞ rəsmisi həyata keçirilən layihənin ekoloji cəhətdən çox böyük əhəmiyyətə malik olduğunu bildirib və görülən işlərin daha səmərəli aparılması üçün «SOCAR-Bağlan» rəhbərliyinə öz tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR